Göyçayda “Gənclər üçün turizm və mədəniyyət düşərgəsi”

 

 

Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “Gələcəyə Doğru” Təşəbbüskar Tələbə Gənclər İctimai Birliyi tərəfindən “Gənclər üçün turizm və mədəniyyət düşərgəsi” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində iyun ayı ərzində Göyçay şəhərində müxtəlif aliorta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə düşərgə təşkil olunacaq. İştirakçılar turizm sahəsində nəzəri və praktiki biliklərinin artırılması, yüksək səviyyəli xidmətin təşkili, ölkəmizin turizm potensialı, beynəlxalq turizms. istiqamətlər üzrə maarifləndiriləcək.

 

Mədəniyyət.- 2016.- 8 iyun.- S.9.