Azərbaycanda turizm: strateji baxış

 

İctimai müzakirələrdə turizm sənayesinin inkişaf etdirilməsi ilə bağlı görülən görüləcək işlərdən söz açılıb

 

İyunun 9-da Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanda turizm: strateji baxış" mövzusunda ictimai müzakirə keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin xidməti, Mədəniyyət Turizm Nazirliyi İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Turizm iqtisadiyyatın digər sahələri üzrə ekspertlərin iştirak etdiyi müzakirə Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə təşkil olunub.

Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tədbiri açaraq ölkə iqtisadiyyatının inkişafı, o cümlədən qeyri-neft sektorunda görülən işlərdən danışıb. Bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini sürətləndirib.

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib, son illər bu sahədə görülən işlər haqqında məlumat verib.

Qeyd olunub ki, son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır: "Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olunub. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verilib. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçünSəyahət Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 250-dən çox turizm şirkəti 570-dən çox yerləşdirmə obyekti fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.

Əbülfəs Qarayev turizmin iqtisadi amil kimi rolundan, bu sahənin inkişafının yeni yerlərinin açılmasına müsbət təsirlərindən bəhs edib. Həmçinin vurğulayıb ki, mədəniyyət turizmin qarşılıqlı inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər daha da sürətləndiriləcək.

Tədbirdə daha sonra İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı, Milli Məclisin İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış ediblər.

Bildirilib ki, neft gəlirlərindən istifadə edilərək ölkəmizdə böyük infrastruktur layihələri həyata keçirilib bu sahədə işlər uğurla davam etdirilir. Çıxışlarda ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri olan turizmin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbir Azərbaycan Turizm Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun moderatorluğu ilə ictimai müzakirələrlə davam edib. Müzakirələrdə ölkəmizdə milli iqtisadiyyat iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin 11 istiqamətindən biri olan turizm sənayesinin inkişaf etdirilməsindən söz açılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Fariz

Mədəniyyət.- 2016.- 10 iyun.- S.3.