“Cəngi” qrupu beynəlxalq festivalda ölkəmizi təmsil edib

 

 

Qazaxıstanın paytaxtı AstanadaAstana axşamları” beynəlxalq musiqi festivalı keçirilib.

Festivalda Əməkdar artist Murad Cavadovun rəhbərlik etdiyi “Cəngi” qrupu Azərbaycanı layiqincə təmsil edib. Qrupun konsert proqramına 13 kompozisiya daxil edilib.

Eyni zamanda Azərbaycan caz musiqisi ənənələri bir daha tamaşaçıların diqqətinə çatdırılıb. Konsertdə bildirilib ki, caz musiqisinin əsas qollarından olan Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda NiyaziTofiq Quliyevin yaratdığı Dövlət Estrada Orkestri tərəfindən qoyulub. 60-70-ci illərdə Azərbaycan caz musiqisi dünya şöhrətli Vaqif Mustafazadənin sayəsində ən parlaq dövrünü yaşayıb, Azərbaycan caz-muğamı dünyaya tanıdılıb. Bu gün də Azərbaycan cazının zəngin ənənələri davam etdirilir.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.5.