Bakıda Koreya milli mətbəxi festivalı keçirilib

 

 

İyunun 8-də Koreya Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda Koreya milli mətbəxi festivalı keçirilib. 5 saylı “ASAN xidmətmərkəzində gerçəkləşən tədbir Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə dəstəyi ilə təşkil olunub.

 

Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə 2016-cı ilin AzərbaycandaMultikulturalizm ilielan olduğunu bununla bağlı müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Bakıda təşkil edilən Koreya milli mətbəxi festivalı da bu baxımdan əlamətdar hadisədir.

Kulinariyanın hər bir ölkənin mədəniyyət sahəsinin mühüm tərkib hissəsi olduğunu vurğulayan nazir son zamanlar ölkəmizdə bu istiqamətdə reallaşan festivalları yüksək qiymətləndirib. Azərbaycanla Koreya Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıqdan söz açan nazir deyib: “Milli mətbəxsiz xalqların mədəniyyətini təsəvvür etmək mümkün deyil. Bu həm adət-ənənə deməkdir. Azərbaycanla Koreya Respublikası arasında münasibətlərin inkişaf etməsində belə tədbirlərin xüsusi əhəmiyyəti var. Bu festivalınMultikulturalizm iliçərçivəsində keçirilməsi sevindirici haldır”.

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Gyu çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Bildirib ki, belə tədbirlər, xalqların bir-birinin milli mətbəx ənənələri ilə tanış olması ilə yanaşı, ölkələrarası mədəni əlaqələrinə müsbət təsir edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş direktoru İnam Kərimov festivalın “ASAN xidmətmərkəzində təşkil olunmasını yüksək qiymətləndirib, bu qəbildən tədbirlərin gələcəkdə davamlı olmasını arzulayıb. Qeyd olunub ki, Azərbaycan multikultural ənənələrin bərqərar olduğu ölkə kimi hər zaman öz mədəniyyəti ilə yanaşı, başqa xalqların mədəniyyətinə hörmətlə yanaşır.

Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov çıxış edərək ölkəmizdə Koreya mətbəxinin təqdim olunmasının artıq ənənəvi hal aldığını bildirib. Vurğulayıb ki, belə tədbirlər qarşılıqlı olaraq mətbəx mədəniyyətimizin inkişafına yardım edir. Festivalın keçirilməsində məqsəd həm adət-ənənələrin qarşılıqlı təbliği mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsidir.

Tahir Əmiraslanov festivalda iştirak edən koreyalı aşpazlara Azərbaycan Kulinariya Assosiasiyasının diplom hədiyyələrini, eləcə Azərbaycan kulinariyası haqqında kitablar təqdim edib.

Festivalda Koreyanın milli mətbəx nümunələrini əks etdirən yeməklər nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.8.