Los-Ancelesdə Azərbaycan kulinariyası üzrə ustad dərsi

 

 

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycan kulinariyası üzrə ilk dəfə ustad dərsi keçirilib. Tədbir “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” kitabının müəllifi Fəridə Buyuranın dəstəyi və iştirakı ilə “196Flavors” dünya kulinariya bloqunun yaradıcısı Maykl Benayun tərəfindən təşkil olunub.

 

Ustad dərsi Los-Ancelesin Santa-Monika rayonunda “Stage + Table” təşkilatının binasında keçirilib. İnteraktiv ustad dərsinin iştirakçıları Azərbaycanın milli mətbəxi ilə tanış olub, “yalançı dolma”, “döşəmə plov”, paxlava şərbət kimi ənənəvi Azərbaycan yeməklərinin hazırlanması qaydalarını praktikada öyrəniblər. Praktiki məşğələdə tətbiq edilmiş bütün reseptlər AZcookbook.com bloqundan Fəridə Buyuranın “Nar zəfəran: Azərbaycana kulinariya səyahətikitabından götürülüb.

Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (“Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan”) kitabı 2014-cü və 2015-ci illərdə iki dəfə nəşr edilib. Azərbaycan mətbəxinə aid ingilis dilində geniş əhatəli ilk nəşr olan kitabda oxuculara 200 növ qəlyanaltı və salat, müxtəlif şorbalar, xəmir xörəkləri, ət, tərəvəz və yumurta ilə hazırlanan yeməklər, müxtəlif çörək növləri, plov, sərinləşdirici içkilər və desertlər üçün reseptlər təklif olunur. Fəridə Buyuranın AZcookbook.com bloqundan seçmə reseptlərə, Azərbaycan mədəniyyəti barədə hekayələrə, Azərbaycan mətbəxi və qonaqlıq süfrəsi ilə bağlı atalar sözlərinə geniş yer ayrılması kitaba xüsusi kolorit verir.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.8.