Küveyt qəzetində Azərbaycan haqqında məqalə

 

 

Mədəniyyət və Turizm Nazirliyinin Körfəz ölkələrindəki turizm nümayəndəliyi olanAtlantis Holidays” şirkətinin təbliğat işləri nəticəsində KüveytinAl Jarida” qəzetində Azərbaycanın turizm imkanları haqqında məqalə yayımlanıb.

Müəllif Bakının gözəlliklərindən söz açır, Heydər Əliyev Beynəlxalq Hava Limanını dünyanın ən yaxşı aeroportlarından biri kimi qiymətləndirir.

Məqalədə Azərbaycan təbiəti, musiqisi, milli mətbəxi, mədəniyyət və tarixi haqqında ətraflı məlumatlar qeyd olunub. Həmçinin Yanardağ və palçıq vulkanları əhəmiyyətli turistik məkanlar kimi qeyd edilib. Müəllif Azərbaycanda keçirilən bayram, festival və beynəlxalq tədbirlər haqqında da geniş məlumat verib.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.9.