ŞahdağTurizm Mərkəzi yay mövsümünü açıq elan edir

 

 

ŞahdağTurizm Mərkəzi iyunun 11-dən etibarən 2016-cı il yay mövsümünü açıq elan edir. Builki yay mövsümündə burada hər kəsin maraq dairəsinə və bacarığına uyğun müxtəlif əyləncələr qonaqların ixtiyarında olacaq. Aktiv əyləncəyə üstünlük verənlər üçün xüsusi dağ velosipediya sərbəst velosiped turu, fərqli əyləncə növlərini və sürəti sevənlər üçün trottinet, seqvey - mobil platforma, kvadrosikl, bob kart kimi nəqliyyat vasitələri təklif olunacaq. Təmiz dağ havası, ruhu dinləndirən mənzərələrdən zövq almaq istəyənlər üçün at sürmə, dağlarda gəzinti, adrenalin sevənlər üçün kanatla yüksəklikdən sürüşmə - ziplayn, macəra parkı, peyntbol kimi əyləncələr var. Balacalar üçün də müxtəlif əyləncəli oyunlar nəzərdə tutulub. Ailəvi istirahət etmək istəyənlər üçünbir neçə əyləncə növünün daxil olduğu xüsusi paketlər hazırlanıb.

Qeyd edək ki, bütün əyləncələrdən istifadə zamanı turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilirdaim bələdçilərin nəzarəti altında olurlar.

Bu gün Şahdağ yamacları hazırda gözoxşayan yaşıllıqlarla örtülüb. Kanat yolları vasitəsilə qış nağılından yaşıl cənnətə çevrilən Şahdağ yamaclarını 2 min metr yüksəklikdən seyr etmək mümkündür.

İlboyu fəaliyyət göstərən turizm mərkəzində hazırda beşulduzluŞahdağ HotelSpa”, eləcə də xüsusi sağlamlıq və bərpaedici prosedurlar, SPA xidməti qonaqların istirahəti üçün ən uğurlu seçimlərdəndir. Qeyd edək ki, hotel qiymətlərində keçən illə müqayisədə 25 faiz ucuzlaşma müşahidə olunur.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olanŞahdağTurizm Mərkəzində yay mövsümü iyun ayından sentyabr ayına kimi davam edir.

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.9.