Şəkidə yerli fırça ustalarının sərgisi

 

 

İyunun 7-də qala divarları ərazisində, Şəki Dövlət Rəsm Qalereyasının həyətində yerli fırça ustalarının sərgisi təşkil olunub. Sərgidə 14 qocaman və gənc rəssamın natürmort, portretpeyzaj janrında 41 əsəri nümayiş olunub.

Sərgidə daha çox Şəkinin tarixi abidələri mövzusu üstünlük təşkil edib. Nümayiş olunan əsərlərdə kətan üzərində yağlı boya, sulu boya, batika, qrafika, linoqravüras. kimi texnikalardan istifadə olunub. Şəki şəhər uşaq incəsənət məktəbinin rəssamlıq şöbəsinin şagirdləri sərgi zamanı müəllimlərindən ustad nəsihətləri alaraq etüdlər çəkiblər. Sərgi yerlixarici turistlərin marağına səbəb olub.

 

 

Mədəniyyət.- 2016.- 10 iyun.- S.16.