"Cəngi" estrada-folklor ansamblı Qazaxıstanda çıxış edib

 

 

Xəbər verildiyi kimi, 1-7 iyun tarixində Qazaxıstan paytaxtında “Astana axşamlarıbeynəlxalq musiqi festivalı keçirilib. Festivalda ölkəmizi Əməkdar artist Mircavad Cəfərovun rəhbərliyi iləCəngiestrada-folklor ansamblı təmsil edib.

 

Səfərdən döndükdən sonra təəssüratlarını qəzetimizlə bölüşən M.Cavadov bildirdi ki, "Cəngi" ansamblı "Japan Tobacco International" (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyi QazaxıstanınDeqdar" fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında festivalda iştirak edib. Builki festivala ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan digər ölkələrdən musiqiçilər qatılıblar.

Ansamblın rəhbərinin sözlərinə görə, ötən il festivalın təşkilatçıları Azərbaycanda səfərdə olub, etno-caz kollektivlərinin çıxışlarını izləyiblər Cəngi”nin iştirakı məqsədəuyğun hesab edilib: “Biz festivalın bağlanış gecəsində çıxış etdik. Konsertdə Qazaxıstanın “Magic of nomads” etno-caz qrupu da bizimlə eyni səhnəni bölüşürdü. Hər iki kollektiv qarşılıqlı olaraq Azərbaycan qazax musiqisindən bir nümunəni interpretasiya etdi. QazaxlarınYapurayi bizim “Ay bala gəlinmahnımızın (musiqisi Şahin Əbdülkərimovun, sözləri Molla Cümənindir) sintezi çox maraqlı alındı”.

Həmsöhbətim ifalarının maraqla qarşılandığını deyir: “Ölkəmizi uğurla təmsil etdik. Kollektivimiz festivala məsuliyyət böyük həvəslə hazırlaşmışdı. Repertuarımızda yeni versiyada aranjimanda olan əksər musiqiləri ifa etdik”.

Mircavad müəllim festivalda iştiraka görə Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə Cəngiqrupunun milli geyimlərini təşkil etdiyinə görə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovaya təşəkkürünü bildirdi.

Qeyd edək ki, Qazaxıstan səfərindəCəngi”nin solisti Arzu Həsənli, Prezident təqaüdçüsü Mircavid Cəfərov, əməkdar artistlər Ruslan Hüseynov (bas-gitara), Kamran Kərimov (nağara), İsgəndər Ələsgərov (zərb alətləri), Coşğun Sadiqov (balaban), Lütfiyar Əliyev (saksafon), Tural Qasımlı Vasif Hüseynli (piano) Azərbaycan caz musiqisi ənənələrini qazax dinləyicilərin diqqətinə çatdırıblar. Konserti Qazaxıstanın mədəniyyət xadimləri, bu ölkədəki səfirliyimizin nümayəndələri diaspor təşkilatlarının təmsilçiləri izləyiblər.

 

Lalə

Mədəniyyət.- 2016.- 15 iyun.- S.4.