Turizm və Menecment Universitetində görüşlər

 

 

Azərbaycan Turizm və Menecment Universitetində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Sonya Fonteyn və təşkilatın ölkəmizdə səfərdə olan bir qrup eksperti ilə görüş keçirilib.

Universitetin rektoru, professor Cəfər Cəfərov Azərbaycanda turizm sektoru, inkişaf istiqamətləri, turizm sahəsində həyata keçirilən elmi araşdırmaların nəticələri haqqında qonaqlara məlumat verib. Eyni zamanda universitet və GİZ tərəfindən müştərək həyata keçirilən layihələr, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

* * *

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov İsveçrənin ölkəmizdəki səfiri Filip Ştadler ilə görüşüb.

Görüşdə Azərbaycan və İsveçrədə turizmin müasir vəziyyəti və inkişaf istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Universitetin fəaliyyət strategiyasından danışan rektor İsveçrənin turizm üzrə yüksəkixtisaslı kadr hazırlayan nüfuzlu universitetləri və müvafiq təşkilatları ilə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

Səfir Filip Ştadler tədris ocağına gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.9.