Sumqayıt mədəniyyət evləri və klub müəssisələrinin hesabat konsertləri

 

 

Sumqayıt şəhər mədəniyyət evləri və klub müəssisələrinin hesabat konsertləri keçirilib.

C.Cabbarlı adına mədəniyyət evində baş tutan hesabat konsertində mədəniyyət evinin özfəaliyyət kollektivlərinin çıxışı dinlənilib. Solistlər Pənah Məmmədov, Raqib Əliyev, Vüsal İsgəndərovun çıxışı, “Gənclik” ansamblının ifasında instrumental musiqilər və “Turan” rəqs kollektivinin ifasında Azərbaycan rəqsləri alqışlarla qarşılanıb.

Corat mədəniyyət evində keçirilən hesabat konsertində “Karvaninstrumental ansamblının, solistlər Təhmiraz Şirinov, Aqil Heydərli, Aysel Həsənzadə, İlkin Cəfərli və başqalarının ifasında bəstəkar və xalq mahnıları xoş ovqat yaradıb.

“Gənclik” klubu 4 saylı diyarşünaslıq klubu ilə birgə birillik fəaliyyətin yekunu olaraq hesabat konserti ilə çıxış edib. Gənc xanəndə Müşfiq Əliyev, gənc aşıq Orxan Orucov, solistlər Mahir Mehdiyev, Gülbahar Rzayeva və başqalarının çıxışları maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.10