Kitabxanaların onlayn görüşü

 

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Tovuz rayon MKS ilə birlikdə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn görüş keçirilib.

Onlayn görüşə Səbail Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Anar Axundzadə, Səbail rayon MKS-nin direktoru Nüşabə Ələkbərova, tarixçi alimlər Musa Quluzadə, Vaqif Abışov, hərb tariximizin tədqiqatçısı, yazıçı-publisist Şəmistan Nəzirli, yazıçı və şairlər, Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Adil Həsənov, rayon MKS-nin direktoru Güldərən İbrahimova, Səbail və Tovuz rayon MKS-lərinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının təmsilçiləri, təhsil və mədəniyyət işçiləri qatılıblar.

Onlayn görüş zamanı 1993-cü ilin iyununda ölkəmizdə baş verən taleyüklü hadisələr, müstəqil dövlətçiliyimizin böyük təhdidlərlə üzləşdiyi həmin dövrdə böyük siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıdışı, bu qayıdışın tariximizdəki yeri və önəmi, dahi şəxsiyyətin Azərbaycan dövlətçiliyini xilas naminə yorulmaz fəaliyyətindən söz açılıb, xatirəsi yad edilib.

Tədbirdə paytaxtdakı 42 saylı orta məktəbin və 49 saylı məktəb-liseyin şagirdlərinin ifasında Heydər Əliyevə həsr olunmuş bədii kompozisiya, ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx, kitab sərgisi təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 15 iyun.- S.15.