Azərbaycan filmləri Polşada festivalda mükafata layiq görülüb

 

 

İyunun 9-dan 11-dək Polşanın Lublin şəhərində dünyanın ən böyük turistik, ekoloji incəsənət filmlərinin festivalı olan XI Beynəlxalq Film Festivalı keçirilib.

Azərbaycanın Polşadakı səfirliyindən bildiriblər ki, festival ənənəvi olaraq beynəlxalq konfransla müşayiət olunub. Yeddi ölkənin nümayəndələrinin qatıldığı konfransda turistik ekoloji filmlərə həsr olunmuş mövzularla yanaşı, digər sahələrin təbliğatına aid mövzular da müzakirə olunub.

Festival konfransda tanınmış azərbaycanlı teleaparıcı, tarixçi Fuad Axundov, Bakı Media Mərkəzinin nümayəndəsi Rüfət Kərimzadə, səfirliyin nümayəndələri iştirak ediblər.

Dünya Avropa ölkələrinin incəsənət xadimlərini, film yaradıcılarını, alimlərini müxtəlif təşkilatlarının nümayəndələrini bir araya gətirən konfrans festival təcrübə mübadiləsi üçün çox önəmli bir platformaya çevrilib.

Tədbir çərçivəsində həmçinin XI Beynəlxalq Film Festivalının təşkilatçılarının təşəbbüsü səfirliyin dəstəyi iləPolşalı memarlar Bakıdaadlı sərgi təşkil olunub. Sərgi iyunun sonuna qədər Lublin Mədəniyyət mərkəzində davam edəcək.

Daha sonra festivalın qala-tədbiri keçirilib və qaliblərə mükafatlar təqdim edilib. Polşa dəyərlərinin dünyada təbliğinə verdiyi töhfəyə və “Polşalı memarlar Bakıda” adlı uğurlu təqdimatına görə Fuad AxundovTurist 2016”, mədəni turizm kateqoriyasında ən yaxşı təbliğedici film kimi Bakı Media Mərkəzinin təqdim etdiyi “Azərbaycan ruhunu hiss etfilmi mükafatdiploma, maarifləndirici filmlər kateqoriyasında isə “Yaddaş” studiyasının hazırladığı “Azərbaycan mətbəxi: ağız dadı” filmi xüsusi mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.5.