Zaqatalada rəsm əsərlərinin satış-sərgisi

 

 

Zaqatalada Mədəniyyət və Turizm şöbəsinin və Rəsm qalereyasının təşkilatçılığı ilə yay mövsümündə turizmin inkişafına dəstək vermək, insanların asudə vaxtını səmərəli təşkil etmək, eləcə də yerli rəssamların tanıdılması məqsədilə “Dədə Qorqud” meydanında rəsm əsərlərinin satış-sərgisi keçirilir.

Rəssamlar öz əl işlərini sərgiləməklə yanaşı, açıq havada müxtəlif əsərlər yaradırlar. Sakinlərin və şəhərin qonaqlarının diqqətini cəlb edən sərgi mövsüm boyunca müvafiq qrafik əsasında davam edəcək.

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.8.