KitabxanalardaTurizm informasiya masası”

 

 

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən bölgələrdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi və kənd kitabxana filiallarında “Turizm informasiya masası” yaradılır.

Ağcabədi rayon MKS tərəfindən bununla bağlı tədbirlər həyata keçirilir. Mərkəzi kitabxanada və kənd kitabxana filiallarında rayonun turizm imkanlarından bəhs edən müxtəlif sərgi və fotostendlər təşkil edilib, guşələr yaradılıb. Turizm obyektlərini əks etdirən xəritə hazırlanıb. Kənd kitabxana filiallarında “Kəndimizin görkəmli adamları” haqqında guşələr yaradılıb. “Qədim Ağcabədi” başlığı altında mədəniyyət və tarixi abidələr haqqında məlumat hazırlanıb.

İyun-avqust aylarında müxtəlif turizm obyektlərində kitab sərgiləri və rayon haqqında məlumatları əks etdirən sərgilərin təşkili nəzərdə tutulub. Eyni zamanda rayon ərazisindəki Ağgöl qoruğuna və Həmidə xanım Məmmədquluzadənin ev-muzeyinə ekskursiyalar təşkil ediləcək.

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.8.