Yaponiyada Naxçıvan haqqında fotosərgi və təqdimat

 

 

Azərbaycan və Yaponiyanın regionları arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində Okinava prefekturasının Miyakocima şəhərində prefekturanın nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri barədə fotosərgi açılıb.

Sərginin açılış mərasimində Okinava prefekturasının və Miyakocima şəhərinin rəhbərliyi, Azərbaycanın Yaponiyadakı səfiri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Gürsel İsmayılzadə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə məlumat verib, son illər əldə edilən yüksək iqtisadi uğurlardan danışıb. Ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı məqsədilə regionlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Bir həftə davam edəcək sərgidə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının füsunkar təbiəti, tarixi və mədəniyyət abidələri, eləcə də iqtisadi obyektlərinə dair fotolar nümayiş etdirilir.

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.8.