Ölkəmiz Gürcüstanda beynəlxalq festivalda təmsil olunub

 

 

Tbilisi şəhərindəki “New School International” məktəbində ənənəviBeynəlxalq gün festivalıkeçirilib. Ölkəmizi festivalda Gürcüstandakı səfirliyimiz təmsil edib.

Festivalda Azərbaycanın milli suvenirləri, geyimləri nümayiş etdirilib, iştirakçılara Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti turizm imkanları, əsrarəngiz təbiəti haqqında gürcü, ingilis rus dillərində kitab jurnallar paylanılıb.

Azərbaycanlı şagirdlər milli musiqilərimizi, eləcə Tərəkəmərəqsini ifa ediblər.

Qonaqlar Azərbaycanın ləziz yeməklərinin, paxlava, şəkərbura və digər şirniyyat növlərinin də dadına baxıblar.

 

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.9.