Bölgələrdə bayram tədbirləri

 

 

Qazax rayon Mərkəzi kitabxanasının oxu zalında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuşTarixi taleyimizin qayıdış səhifəsi” adlı tədbir təşkil olunub. Tədbirin sonunda eyniadlı sərgiyə baxış keçirilib.

Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət mərkəzinin meydanında Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. Tədbir çərçivəsində “Yaz festivalı”nın qaliblərinə hədiyyə və fəxri fərmanlar təqdim olunub.

Qusar rayon Heydər Əliyev Mərkəzində tarixi günlə bağlı tədbir keçirilib. Şəhərin Mahmud Əbilov meydanında rayon incəsənət ustalarının bayram konserti təşkil olunub.

Qax rayon Səməd Vurğun adına Mədəniyyət mərkəzində məktəblilər arasında Milli Qurtuluş Gününə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Rayon İcra Hakimiyyətinin dəstəyi və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə “İçəribazar” Turizm mədəniyyət mərkəzində özfəaliyyət kollektivlərinin və Bakıdan gəlmiş gənc ifaçıların iştirakı ilə bayram konserti olub.

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və multikulturalizmin Azərbaycan modelimövzusunda konfrans keçirilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev parkında “Möhtəşəm qayıdış” adlı konsert keçirilib. Tədbir iştirakçıları rəsm və el sənətkarlarının əl işləri sərgisinə baxıblar.

Tərtər rayon Heydər Əliyev Mərkəzində Mədəniyyət və Turizm şöbəsinin təşəbbüsü ilə Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa təşkil edilib. Sonda məktəblilər ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Zərdab rayon Mərkəzi kitabxanasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü” adlı tədbir keçirilib. Tədbirdə 3 saylı bağçanın fidanları bədii kompozisiya təqdim ediblər.

Astara rayon Mərkəzi kitabxanasında “Qurtuluş tariximizin parlaq səhifəsidir” mövzusunda tədbir keçirilib.

Şirvan şəhər Mərkəzi kitabxanasında keçirilən tədbirdə “Müstəqil Azərbaycanın memarı” adlı mühazirə oxunub, sərgilər nümayiş olunub.

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.14.