“Azərbaycanı tanıyaq”

 

 

Daşkənddəki yay düşərgəsində tədbir keçirilib

 

Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Daşkənddəki Lider beynəlxalq məktəbində təşkil etdiyi yay uşaq düşərgəsində “Azərbaycanı tanıyaq” adlı tədbir keçirilib.

Tədbirdə mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman uşaqlara böyük diqqət və qayğı göstərirdi. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin bu istiqamətdə apardığı işi uğurla davam etdirirlər. Ölkəmizdə təhsilə böyük diqqət yetirilir, yeni məktəblər tikilirya yenidən qurulur, təhsil ocaqları kompüterləşdirilir.

Mədəniyyət mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri bir-birindən gözəl rəqslərimizi ifa edib, düşərgədə tərbiyə alan şagirdlər Azərbaycanın uşaq filmlərinə tamaşa ediblər.

 

 

Mədəniyyət.- 2016.- 17 iyun.- S.16.