Gənc Tamaşaçılar TeatrındaUzuncorab Peppi

 

Yeni tamaşaya isveçli azərbaycanlı rejissor quruluş verir

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında məşhur İsveç yazıçısı Astrid Lindqrenin uşaqlar üçün qələmə aldığıUzuncorab Peppiəsəri əsasında yeni tamaşa səhnələşdirilir. Layihə teatrın İsveçin Azərbaycandakı səfirliyinin təşkilatçılığı, “Azercell Telekom”un dəstəyi ilə həyata keçirilir.

Səhnə əsərinə isveçli rejissor Roni Danielson teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (İsveç), arenjimançı Rüfət Ramazanov, rejissor assistenti Sona Mustafayevadır. Səhnə hərəkəti plastikası Vüsal Mehrəliyevə məxsusdur.

Müzikl-tamaşada Nəsibə Eldarova, Gülər Nəbiyeva, Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova başqa aktyorlar iştirak edəcəklər.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, Bakıya gələn isveçli rejissor bir neçə gün ərzində səhnə əsərinin məşqlərində yaradıcı kollektivlə birgə çalışacaq. Tamaşanın növbəti, 89-cu teatr mövsümündə təqdim olunması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.2.