TurizmMenecment Universiteti növbəti məzun buraxılışına hazırlaşır

 

 

Ölkəmizin ali məktəblərində 2015/2016-cı tədris ili yekunlaşmaq üzrədir. Tələbələr semestr imtahanlarını, builki məzunlar həm də dövlət imtahanları verirlər. Yaradılmasının 10 ilini qeyd edən Azərbaycan TurizmMenecment Universiteti (ATMU) də 7-ci məzun buraxılışına hazırlaşır.

 

Bu il ali təhsil ocağından 338 nəfər məzun diplomu alacaq. ATMU-nun mətbuat xidmətindən verilən məlumata görə, təhsil müəssisəsində yekun dövlət imtahanları, buraxılış işlərinin magistr dissertasiyalarının müdafiəsi uğurla başa çatıb. Cari ildə universitetdə 11 ixtisas üzrə 306 nəfər bakalavr məzun adını qazanıb. Daha 32 nəfər isə magistr pilləsini başa vuraraq məzun olacaq.

Hazırda universitetin 3 fakültə, 10 kafedrada 11 ixtisas üzrə bakalavriatura səviyyəsində 1747 nəfər (onlardan 37 nəfər əlavə təhsil üzrə), magistraturada 107 nəfər, doktoranturada 61 nəfər ilk peşə-ixtisas təhsili üzrə Bakı Turizm Peşə Məktəbində 12 ixtisas üzrə 440 nəfər təhsil alır. Beləliklə, bu gün ATMU ailəsində ümumilikdə 2355 gənc turizm sahəsi üçün müxtəlif səviyyəli mütəxəssis kimi hazırlanmaqdadır.

Bu ilədək ATMU-dan 1296 bakalavr 70 magistr olmaqla cəmi 1366 nəfər məzun olub, onlardan 124 nəfəri (115 bakalavr 9 magistr) ölkənin təhsil tarixində ilk dəfə olaraq ATMU ilə yanaşı, Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin diplomunu da alıb. Hazırda 113 tələbə bu proqram üzrə təhsilini davam etdirir. Məzunların əksəriyyəti ölkənin nüfuzlu turizm müəssisələrində uğurla fəaliyyət göstərir.

Ölkəmizdə ATMU “Bolonya prosesi”nin tələblərini həyata keçirən ilk təhsil müəssisələrindən biridir. Tədrisin bu prinsiplər əsasında təşkili Avropa universitetləri ilə əməkdaşlığa şərait yaradıb, ATMU Erasmus Mundus proqramına qoşulub İMC Tətbiqi Elmlər Universiteti ilə ikili diplom proqramlarını uğurla həyata keçirir. Universitet 10 il ərzində bir çox beynəlxalq təşkilatlarda layiqincə təmsil olunub.

ATMU tələbələrinin nəzəri biliklərini 20 həftəlik istehsalat təcrübəsində möhkəmləndirmək imkanı da mövcuddur. Tələbələrin bir qismi Türkiyə, Şimali Kipr, İsrail, Almaniya, Yunanıstan başqa ölkələrdə yay tanışlıq istehsalat təcrübəsi keçir. Həmçinin hər il yüzlərlə tələbə ölkəmizdə fəaliyyət göstərən nüfuzlu şirkətlərdə hotellərdə təcrübə proqramlarını icra edir.

Qeyd edək ki, Turizm Menecment Universitetində növbəti məzun buraxılışı mərasiminin iyunun 30-da keçiriləcəyi gözlənilir.

 

Fariz Hüseynov

Mədəniyyət.- 2016.- 22 iyun.- S.4.