Zaqatalada incəsənət ustalarının iştirakı ilə konsert təşkil edilib

 

 

Zaqatalada tanınmış sənətçilərin iştirakı ilə geniş konsert proqramı təşkil edilib. Tədbirin təşkil edilməsində məqsəd turizmin inkişafına töhfə verməkdir.

Mədəniyyət və Turizm NazirliyininRegionlarda turizmin inkişafı” layihəsi çərçivəsində keçirilən konsert proqramı yerli sakinlərə, eləcə də rayonun qonaqlarına xoş təəssürat yaşadıb.

Respublikanın əməkdar artistləri Zöhrə Abdullayeva, Abbas Bağırov, aşıq Samirə və müğənnilər Könül Kərimova, Cabbar Musayev, Vüsal Hacıyev, Ayaz Qasımov, Yaşar Cəlilov, Əhməd Mustafayev, Elçin Hüseynovun və aşıq Əlinin ifaları alqışlarla qarşılanıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və istirahət parkında təşkil edilən konsert proqramı gecə saatlarına qədər davam edib. Layihə çərçivəsində tədbirlərin yay mövsümü boyunca Azərbaycanın digər rayonlarında da təşkil edilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.7.