Milli geyimin təbliği üzrə layihənin təqdimatı

 

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəlliməsi, tanınmış modelyer dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın kataloqunun təqdimatı olub. Kataloqun məqsədi Avropada Azərbaycan milli geyiminin təbliğ edilməsidir. Layihənin əsas simaları Əməkdar artist Tünzalə Ağayeva və "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun kapitanı, mərhum Anar Məmmədxanovun qızı Məryəmdir.

Mərasimdə çıxış edənlər kataloqun əhəmiyyətindən söz açıblar. Bildirilib ki, Azərbaycan və ingilis dillərində hazırlanan nəşr Avropanın müxtəlif ölkələrində yayılacaq.

Kataloqun çəkilişləri "Azərilmə"də, Şirvanşahlar Sarayı kompleksində və İçərişəhər ərazisində aparılıb. Layihənin reallaşdırılmasında tanınmış fotoqraf Fariz Nadirstilist-vizajist Səbinə İmanova iştirak ediblər.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.11.