Almaniya muzeylərində Azərbaycana aid eksponatlar

 

 

Almaniya muzeylərində Azərbaycana aid tarixi silahların olduğu müəyyənləşdirilib. Bu barədə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Qeyd olunur ki, muzeyin Almaniyada tədqiqat aparmış əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov Almaniya Milli Tarixi Muzeyində, İslam Mədəniyyəti Muzeyində (Berlin şəhəri), Drezden Muzeyinin Türk qalereyasında (Drezden şəhəri) orta əsr Azərbaycan dövlətlərinə aid silahların olduğunu aşkara çıxarıb.

Tədqiq edilən silahlar sırasında müdafiə (at yarağı, dəbilqə, “cövşən” yarağı) və hücum (qılınc, yay-ox, döyüş baltası) silahlarının Ağqoyunlu və Səfəvilər dövlətlərinin ilk dövrünə aid olduğu müəyyənləşdirilib. Toplanmış materiallar əsasında tədqiqatlar davam etdirilir.

 

Mədəniyyət.- 2016.- 22 iyun.- S.10.