Müsabiqə qaliblərinin qala-konserti

 

 

İyunun 23-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın eksperimental məktəb-studiyasının yaradıcısı və direktoru, professor Tərlan Seyidov tərəfindən təşkil olunmuş Qara Qarayev adına “Təhlil və ifa edir gənc musiqiçilər” III respublika elmi-ifaçılıq müsabiqəsi qaliblərinin qala-konserti keçirilib.

Laureatların konsertində eksperimental məktəb-studiyanı, Bakı musiqi məktəblərini, eləcə də respublikanın digər şəhərlərini təmsil edən fərqli yaş kateqoriyalarında gənc musiqiçilər çıxış ediblər. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

 

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.3.