Qusar rayonunda “Vətənpərvərlik həftəsi”

 

 

Qusar rayon Mədəniyyət mərkəzi və Qusar Dövlət Ləzgi Dram Teatrının təşkilatçılığı ilə 20-26 iyun tarixində “Vətənpərvərlik həftəsi” layihəsi həyata keçirilir. Həftə çərçivəsində müxtəlif tədbirlər nəzərdə tutulub.

Həftənin açılışı vətənpərvərlik mahnılarının kollektiv ifası - fleşmob ilə başlayıb.

24 iyun tarixində rayonda yerləşən hərbi hissədə Hüseynbala Mirələmovun “Xəcalət” əsərinin tamaşası nümayiş etdiriləcək.

İyunun 25-də isə Silahlı Qüvvələr Günü münasibətilə şəhərin mərkəzi meydanında konsert və hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya və hərbçilərin nümunəvi çıxışları olacaq.

 

Mədəniyyət.- 2016.- 24 iyun.- S.11.