Gənclər Kitabxanasında “Oğul” kitabının təqdimatı

 

 

İyunun 22-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə şair-jurnalist Zərəngiz Dəmirçi Qayalının “Oğul” kitabının təqdimatı keçirildi.

 

Tədbiri kitabxananın direktoru Tahir Sadıqov açaraq müəllif haqqında məlumat verdi. Bildirdi ki, Zərəngiz Dəmirçi Qayalı Qazax rayonunun Daş Salahlı kəndində dünyaya göz açıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Şeirləri dövri mətbuatda, almanaxlarda dərc olunub, radio, televiziya verilişlərində əsərləri səsləndirilib. “Haqqı sevdim”, “Vəfam mənim”, “Güllələnmişlər”, “Qayalı” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin rəhbəri Tofiq Əlizadə müəllifin yeni kitabından söz açdı. Qeyd etdi ki, Murovdağ uğrunda döyüşlərdə şəhid olan Elgün İsmayılova həsr olunan kitabda müəllifin bacısı, Milli Ordunun könüllüsü Vəfa Mansurovaya ithaf olunan “Vəfam mənim” poeması da verilib. Kitabda həmçinin şairənin son dövrlərdə yazdığı “Qurtuluş savaşı - Çanaqqala”, “Kazım Qara Bəkir paşa” və şəhid Fariz Bədəlova həsr olunan balladaları da yer alıb.

Ulduz” jurnalının şöbə müdiri, şairə Fərqanə Mehdiyeva çıxış edərək bildirdi ki, Qarabağın işğalı zamanı minlərlə günahsız həmvətənimizin həlak olması, yurdumuzun dilbər guşələrinin namərd düşmən tapdağı altında qalması bu əsərlərin qayəsini təşkil ediroxucuda həyəcan, düşmənə nifrət hissi oyadır.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin sektor müdiri İrina Özçoban, şair İzaməddin Ziyadoğlu və başqaları çıxışlarında kitabda yer alan bədii nümunələrin ideya xüsusiyyətlərindən söz açdılar.

Çıxışlardan sonraAytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi dərnək üzvlərinin ifasında müəllifin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 24 iyun.- S.12.