Balaca istedadların tamaşa konserti

 

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərənOyuqteatr-studiyasının balaca istedadları iyunun 28-də Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçiriblər.

Komik hadisələrlə zənginŞahın xudpəsənd oğluadlı tamaşa rəngarəng konsert proqramı balaca izləyicilər tərəfindən maraqla qarşılanıb. Tamaşanın müəllifi yazıçı Səidə Haqverdiyeva, rejissoru Cəmilə Allahverdiyeva, rəssamı İqbal Əliyevdir.

Qeyd edək ki, valideyn himayəsindən məhrum uşaqların sosial reabilitasiyası xarakteri daşıyan tədbir Müasir Psixologiya Mərkəzi ilə birgə təşkil edilib.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.5.