Yüz ilinÖlülər”i Ölülər”in yüz ili

 

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük mütəfəkkir Cəlil MəmmədquluzadəninÖlülərəsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Milli Dram Teatrı ilə birgə təşkil etdiyi tədbirdə millət vəkilləri, elm mədəniyyət xadimləri, teatr ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Teatrın direktoru, tamaşanın quruluşçu rejissoru rəssamı, Xalq artisti Azərpaşa Nemət çıxış edərək bildirib ki, “Ölülərtragikomediyası bədii xüsusiyyətlərinə görə dünya dramaturgiyasının klassik nümunələri sırasına daxil olub. 1909-cu ildə yazılmışÖlülərkomediyası ideya orijinallığı, bədii vasitələri, janr xüsusiyyətləri s. cəhətlərdən kamil bədii sənət incisidir. Vurğulanıb ki, 1916-cı il aprelin 29-da Bakıda, Tağıyev teatrındaÖlülər”in ilk tamaşası olub. Səhnə həyatı yaşadığı ilk gündənÖlülərböyük maraqla qarşılanıb.

Qeyd olunub ki, yeni quruluşda hazırlanan tamaşa Mədəniyyət Turizm Nazirliyinin sifarişi əsasında ərsəyə gəlib. Görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin 1966-cı ildə Tofiq Kazımovun quruluşunda səhnələşdirilənÖlülər”ə bəstələdiyi musiqi yeni tamaşada simfonik orkestr üçün işlənib.

Tamaşanın elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, “Ölülərdünya ədəbiyyatında ən mükəmməl dram əsərləri ilə yanaşı durmağa layiq bir əsərdir. Əsər dünya dillərinə tərcümə olunarsa, böyük maraq doğurar insanları həyat ölüm haqqında yenidən düşünməyə məcbur edər. Ötən 100 il ərzindəÖlülərqədər teatrlarımızın repertuarında yer tutan ikinci əsərə rast gəlmək mümkün deyil. Bu əsər Azərbaycanda neçə-neçə görkəmli sənətkarın yetişməsinə, tanınmasına təkan edib.

Akademik deyib ki, “Ölülər”dəki tragizm komizm bir xalqın taleyi ilə bağlı olan dərin ictimai uyğunsuzluğun, ölü şüurla ağıl, mənəvi korluqla gözüaçıqlıq, ifrat xurafat fanatizmlə sağlam düşüncə, həqiqətlə mistika arasındakı dərin, barışmaz ziddiyyətin məhsuludur.

Diqqətə çatdırılıb ki, ilk dəfə tamaşada İsgəndər rolunda Mirzağa Əliyev, Şeyx Nəsrullah rolunda isə Əliqulu Nəcəfov çıxış ediblər. 1916-cı il aprelin 29-da ilk dəfə Bakıda göstərilən tamaşa həmin ilin iyununda Daşkənddə (özbək dilində), iyul ayında Mahaçqalada, avqustda Vladiqafqazda, 1917-ci ildə Tiflisdə, Gəncədə, Naxçıvanda s. şəhərlərdə müvəffəqiyyətlə tamaşaya qoyulub. Böyük ədiblər Sultan Məcid Qənizadə, Hüseyn Cavid, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, bəstəkar Üzeyir Hacıbəyli başqaları tamaşa haqqında dəyərli fikirlər söyləyiblər.

Sonra yeni quruluşda hazırlanmış tamaşa nümayiş olunub. Yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri aktyor Anar Heybətov oynayıb.

Digər obrazları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Hicran Nəsirova, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov və başqaları canlandırıblar.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.6.