Lənkəran teatrında premyera - “Əsrlərin harayı

 

İyunun 27-də Lənkəran Dövlət Dram Teatrında Əli VəlioğlununƏsrlərin harayıdramı əsasında hazırlanmış tamaşanın premyerası olub.

Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad firavan şəraitdə bərqərar olması, eləcə qədim türk hökmdarının səhvi ucbatından həmin dövlətin dağılıb parçalanmasından bəhs edən səhnə əsərinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verib.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Rüfət Ramazanovdur. Rollarda teatrın aparıcı aktyorlarından əməkdar artistlər Təvəkkül Əliyev və Sücəddin Mirzəyev, Aynur Əhmədova, Əlibala Əsgərov, Niftulla Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Şəbnəm Hüseynova və digərləri çıxış ediblər.

 

Mədəniyyət.- 2016.- 29 iyun.- S.10.