Tvinninq layihəsi üzrə növbəti görüş

 

Fevralın 25-də Azərbaycan TurizmMenecment Universitetində (ATMU) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvinninq proqramının “Azərbaycanda sosial xidmət təminatının inkişafı” layihəsi çərçivəsində görüş keçirilib.

Layihənin müşaviri Herbert Paulişinbaş mütəxəssis Ana Raduleşku universitetin sosial ixtisası üzrə III kurs bakalavr və II kurs magistr tələbələri ilə istehsalat və elmi-tədqiqat təcrübəsinin təşkili, həmçinin nəzərdə tutulan icra müddəti ərzində görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Qərara alınıb ki, qeyd olunan layihə çərçivəsində sosial ixtisasında təhsil alan tələbələrin təcrübə semestrinə, o cümlədən yay tanışlıq təcrübəsinə dəstək veriləcək.

 

Fariz

 

Mədəniyyət.- 2016.- 2 mart.- S. 5.