Sözləri Cabir Novruzundur

 

Fevralın 29-da Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun sözlərinə bəstələnmiş mahnılardan ibarət "Vətəndən pay olmayır" adlı konsert proqramı keçirilib.

Xalq artisti Mübariz Tağıyevin ifası ilə başlayan konsert proqramı xalq artistləri Gülyanaq Məmmədova, Heydər Anatollu, əməkdar artistlər İlqar Muradov, Aygün Bəylər, Mətanət İsgəndərli, Azad Şükürov (bədii qiraət), müğənnilər Şəhla Həmidova, Vüsalə Əsgərova, Rövşən Əziz və Xalq artisti Rauf Babayevin rəhbərliyi ilə "Qaya" dövlət ansamblının çıxışları ilə davam edib.

Müğənniləri səhnədə Tariyel Abbasovun rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblı və Asif Kərimovun rəhbərliyi ilə "Xaqan" instrumental ansamblı müşayiət edib.

Konsert Cabir Novruzun öz səsində lentə alınmış “Sağlığında qiymət verin insanlaraşeirinin səsləndirilməsi ilə başa çatıb.

 

Mədəniyyət.- 2016.- 2 mart.- S.4.