Görkəmli ədib və ictimai xadim haqqında kitab-albom

 

Tanınmış şair, publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucovun həyatı, fəaliyyəti və yaradıcılığının əks olunduğu kitab-albom Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çapdan çıxıb.

Azərbaycan, ingilis, rus dillərində hazırlanan “Hidayət” kitab-albomu üç bölmədən ibarətdir: “Ailə... İllər...Yollar”, “Sənət”, “Siyasət”.

Oxucular kitabda Hidayət Orucovun yazıçı, incəsənət xadimi, dövlət müşaviri, səfir, ailə başçısı və yaradıcı bir insan kimi monumental simasını görə biləcəklər, onun haqqında tanınmış insanların dəyərli fikirləri ilə, nadir fotoşəkillərlə tanış olacaqlar.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən nəşrin tərtibçi redaktoru Səfalı Nəzərli, mətnləri ingilis dilinə Aida Süleymanova, rus dilinə Səyavuş Məmmədzadə və Vaqif Əjdəroğlu tərcümə ediblər.

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 15.