ADMİU-da italyan mütəxəssislərin ustad dərsi

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davamlı olaraq xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə ustad dərsləri təşkil edilir.

Bugünlərdə İtaliyanın Breşia (Brescia) şəhəri Luciya Marenzo adına Konservatoriyasının vokal kafedrasının müdiri, professor Vittoriya Luçariprofessor Klaudio Marini universitetdə ustad dərsləri veriblər. Onlar solo ixtisası üzrə təhsil alan tələbələrlə konkret əsərlərin ifası üzərində düzgün nəfəs texnikası, diafraqmas. ilə bağlı məşğələlər keçiblər. Ustad dərsində musiqi sənəti fakültəsinin dekanı Ellada Hüseynova, estrada sənəti kafedrasının müdiri Məryəm Babayeva, İnarə Babayeva, Gülnarə Allahverdiyeva, Almaz Ələsgərli və onların tələbələri iştirak ediblər.

İtalyan mütəxəssislər tələbələrin gözəl səsə, ifaya məxsus olduğunu vurğulayıblar. Onlar Azərbaycan musiqisi ilə də yaxından maraqlanaraq tələbələrdən ibarət muğam ansamblının məşqlərində iştirak ediblər.

Mədəniyyət.- 2016.- 8 mart.- S. 10.