Şəhər və teatr” fərqli baxış bucağında

 

Martın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü ilə AMEA-nın Ədəbiyyat İnstitutunun elektron konfrans salonunda “Şəhər və teatrmövzusunda elmi-praktik konfrans keçirildi. 10 mart - Milli Teatr Gününə həsr olunmuş konfransda RusiyaGürcüstandan teatrşünaslar iştirak edirdilər.

 

Tədbiri ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq bildirdi ki, konfransı keçirməkdə məqsəd teatr problemlərini, indiyədək qaldırılmayan bir sıra məsələləri XXI əsrin reallıqları fonunda araşdırmaqdır. Rektor qeyd etdi ki, ADMİU-da teatr sənətinin müxtəlif istiqamətləri üzrə kadrlar hazırlanır və məqsədimiz gələcəkdə elmi tədqiqat işləri müstəvisinə “teatr və şəhər” mövzusunu da əlavə etməkdir.

Sonra çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev son on ildə ölkəmizdə teatrın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Bildirdi ki, bu diqqət-qayğı mahiyyət və miqyas etibarilə onilliklərin tarixinə bərabərdir. 2006-cı ildə qəbul olunanTeatrteatr fəaliyyəti haqqında” qanunun, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın qəbul edilməsi, ölkə Prezidenti tərəfindən imzalanan müvafiq sərəncamlar bu sahənin inkişafına mühüm təkan verib. Bakıda Akademik Milli Dram Teatrının, Azərbaycan Musiqili Teatrının, Kukla Teatrının, Gənc Tamaşaçılar Teatrı və Rus Dram Teatrının binaları, bölgələrdə Ağdam, Şəki, Füzuli və Mingəçevir teatrlarının binaları müasir standartlara uyğun şəkildə əsaslı təmir edilib. Bakıda Pantomima Teatrına, İrəvan və Şuşa teatrlarına bina ayrılıb. Qırx ildən bəri binası olmayan Sumqayıt Dram Teatrına bina verilib, hazırda orada əsaslı təmir işləri görülür. Respublikada 23 teatrın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün addımlar atılıb.

Son illərdə Azərbaycanın müxtəlif teatr kollektivləri dünyanın 28 ölkəsində qastrol səfərində olub. Həm də bu səfərlərin coğrafiyası bizim alışdığımız kimi yaxın qonşular - İran, Türkiyə, Rusiya, Gürcüstan səfərləri ilə bitmir. Bu gün Azərbaycan teatrları çoxəsrlik teatr ənənələrinə malik Avropa ölkələrində uğurla tamaşalar oynayır. Bizim dramaturqların əsərləri əsasında dünyanın müxtəlif ölkələrində tamaşalar səhnəyə qoyulur. Gənc teatr aktyorrejissorlar xarici ölkələrdə staj keçmək üçün dövlət hesabına üç, altı aylıq, bəziləri isə hətta ikiillik ezamiyyətə göndərilir.

Ölkə başçısının sərəncamları ilə son 10 ildə teatrlarda çalışan 250-dək insan müxtəlif fəxri adlara layiq görülüb. Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə teatr aləmində çalışan 130 nəfər xüsusi təqaüd alır, 87 nəfər Prezident təqaüdçüsüdür.

Konfransın aktual bir mövzuya həsr olunduğunu deyən nazir müavini bildirdi ki, tarix boyu teatr şəhər mühitində inkişaf edib, bu gün isə teatr və şəhər mühiti münasibətlərinə tamamilə yeni, fərqli baxış tələb olunur. Konfransda dinləniləcək məruzələrin siyahısını nəzərdən keçirdikdə teatr problemlərinin həllinə maraq göstərənlərlə yanaşı, sənət sahələrinin təmsilçilərinin, gənc teatrşünasların çox olması adamı sevindirir. Bizim teatr barədə pafosla, boğazdan yuxarı danışanlara yox, teatr aləminə yenilik gətirən fikirlər söyləyənlərə ehtiyacımız var.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli də konfransın əhəmiyyətini vurğuladı, belə elmi məclislərdə gənclərin həm dinləyici, həm də iştirakçı kimi çox olmasını təqdir etdi. Konfransın AMEA-nın Memarlıq və İncəsənət, Ədəbiyyat institutları ilə Mədəniyyət və İncəsənət Universiteti arasında birgə elmi əməkdaşlığına vəsilə olacağına ümidvar olduğunu deyən akademik bu qurumların elmi əlaqələrini müqavilə ilə möhkəmləndirməyin zəruriliyini diqqətə çatdırdı.

Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, İliya adına Gürcüstan Sənət Tədqiqatları İnstitutunun direktoru, professor Levan Xetaquri müasir dövrdə teatrın qarşısında duran problemlərdən, şəhər mühitində teatrın yeri və mövqeyinə dair öz mülahizələrini söyləyib konfransın işinə uğurlar dilədilər.

Plenar iclasdan sonra konfrans işiniTeatr və şəhərin iqtisadi mənzərəsi” və “Şəhərin kommunikativ şəbəkəsində teatr” bölmələri üzrə davam etdirdi. Bölmə iclaslarında “Müasir Azərbaycan teatrı və innovativ texnologiyalar”, “Şəhər və teatr anlayışının qeyri-səlis məntiq nəzəriyyəsi əhatəsində analizi”, “Kiçikorta şəhərlərdə teatr”, “Şəhər infrastrukturunda teatrlar”, “Müasir teatrlarda elektron texnologiyalar” və digər mövzularda məruzələr dinlənildi.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 7.