Səhnəyə ilk addım

 

Birincilərin konsert sərgisi

 

Martın 4-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin konsert zalında Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin təşkilatçılığı ilə paytaxtın uşaq musiqi incəsənət məktəblərində təhsil alan 1-ci sinif şagirdlərininSəhnəyə ilk addımadlı konserti keçirilib.

Ənənəvi olaraq 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilən konsertdə birincilər Azərbaycan Avropa bəstəkarlarının əsərlərindən ibarət maraqlı proqramla çıxış ediblər.

Tədbirdə iştirak edən Bakı Şəhəri Mədəniyyət Turizm İdarəsinin rəisi Vüqar Zeynalov konsertin sonunda iştirakçıları təbrik edib, onlara uğurlar daha böyük səhnələri fəth etməyi arzulayıb.

Tədbir iştirakçıları Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 1-ci sinif şagirdlərinin əl işlərindən ibarət sərgi ilə maraqla tanış olublar.

 

Mədəniyyət.- 2016.- 8 mart.- S. 6.