Hər suala bir cavab

 

Ensiklopedik toplunun birinci cildi çap olunub

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən orta məktəb şagirdləri üçün əlavə oxu vəsaiti kimi nəzərdə tutulmuşHər suala bir cavabçoxcildlik ensiklopedik toplunun birinci cildi nəşr edilib.

Bizi əhatə edən aləm”, “İnsan orqanizmi”, “Başqa məxluqlar necə yaşayır?” digər bölmələrdən ibarət nəşrdə 300-dən çox mövzuya dair qısa, ensiklopedik məlumat yer alıb.

Nəfis tərtibatlı ensiklopedik toplu əsasən 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. 368 səhifəlik kitabda uşaqları düşündürən bir çox məsələlərə dolğun, əhatəli cavablar var.

KitabınDünya, kitab biz” başlıqlı ön sözündə deyilir: “Biz o iddiada deyilik ki, “Hər suala bir cavabsilsiləsindən olan kitablarımızı oxuya-oxuya savadlanacaq, alim olacaqsınız. Məqsəd dünyagörüşünüzü genişləndirmək, sizi istənilən auditoriyada həmişə diqqət mərkəzində olan maraqlı həmsöhbətə çevirməkdir”.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 13.