Bizim nağıl dünyamız”

 

Qusar rayon Mərkəzi kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə “Nağıl otağı”nda görkəmli maarifçi-ədib Abdulla Şaiqin 135 illiyinə həsr olunmuşBizim nağıl dünyamız” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhər 3 saylı uşaq bağçasının fidanları, müəllim və valideynlər iştirak ediblər. Uşaqlar “Hər birimiz bir çiçək” silsiləsindən A.Şaiqin “Tıq-tıq xanım” nağılını canlandırıb, şairin şeirlərini söyləyib, rəqs ediblər. Kitabxanaçısı G.Pənahova nağıl sandığı və hədiyyə boğçası ilə balacaların sevincinə sevinc qatıb.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 10.