Masallıda qadınlar bayramına həsr olunmuş tədbir

 

Masallı şəhərində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir təşkil olunub. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bayram münasibətilə qadınları təbrik edib. Bir qrup ziyalı qadına İcra Hakimiyyətinin diplomları təqdim edilib.

Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, Uşaq yaradıcılıq evinin direktoru Əsmər Məmmədova, Boradigah qəsəbə xəstəxanasının baş həkimi Gülayə Qurbanova çıxış edərək xoş diləklərini çatdırıblar.

Rayon Mədəniyyət mərkəzinin incəsənət kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 10.