Ukraynalı fotoqrafla açıq söhbət

 

Martın 14-də YARAT Müasir İncəsənət Mərkəzində məşhur ukraynalı fotoqraf və video-rəssam Sergey Bratkov ilə açıq söhbət keçiriləcək.

S.Bratkov radikal realizm üslubunda işləyir. O, Bakıda gənc yerli rəssamlaraTəəccüblənmək, təəccübləndirməkadlı ustad dərsi keçəcək. Nəzərdə tutulub ki, ustad dərsinin iştirakçıları Bakı ətraflarını gəzərək, müəyyən əsərlər yaradacaq, sonra həmin işlərdən ibarət sərgi təşkil ediləcək.

S.Bratkov 1960-cı ildə anadan olub. Xarkovda İ.Y.Repin adına Rəssamlıq Məktəbini Politexnik Akademiyasının sənaye elektronikası fakültəsini bitirib.

Beynəlxalq sərgilərin iştirakçısıdır. Hazırda Moskvada yaşayır fotoqrafiya, heykəltəraşlıq video sənəti üzrə mütəxəssisdir.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 11 mart.- S. 7.