Nabatfilmi Bazeldə keçirilən festivalda nümayiş olunub

 

İsveçrənin Bazel şəhərində 11-ci “Cinema Querfeld” film festivalı keçirilib. Festivalda Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi Azərbaycanın dostlarıAssosiasiyasının təşəbbüsü ilə rejissor Elçin MusaoğlununNabatfilmi nümayiş etdirilib.

Filmin nümayişindən əvvəlAzərbaycanın dostlarıAssosiasiyasının sədri Arzu Bodmer çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, həmçinin Dağlıq Qarabağ bölgəsinin tarixi mədəniyyəti barədə qonaqlara məlumat verib.

Sonra filmin əsas ideyası çəkiliş prosesi ilə bağlı rejissor Elçin Musaoğlunun fikirləri dinlənilib. Filmin nümayişindən sonra tamaşaçılarla festival nümayəndələri arasında fikir mübadiləsi aparılıb ekran əsərinin iştirakçılar tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib.

Xatırladaq ki, festival İsveçrədəki diaspor təşkilatlarının iştirakı ilə keçirilir. Filmlər çəkildiyi dildə, almanca alt yazılarla tamaşaçılara təqdim edilir.

Festivalın proqramı ilə linkindən tanış olmaq mümkündür.

 

Mədəniyyət.- 2016.-  11 mart.- S. 6.