Tələbələr üçün teatr tədrisi proqramı

 

British Councilin müstəqil teatr qrupu ADO Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “SABAH” qrupu tələbələri ilə əməkdaşlıq əsasında kiçik teatr kollektivləri və teatr fakültəsi tələbələri üçün tədris proqramına başlayır.

ADMİU-nun tələbələri üçün təşkil olunmuş ustad dərsləri Britaniyanın Rouz Bruford kollecinin əməkdaşları Niam Daulinqİrina Braunun rəhbərliyi altında keçiriləcək. Dərslər fəaliyyətdə olan teatr mütəxəssisləri, rejissoraktyor ixtisası tələbələri üçün nəzərdə tutulub.

British Council”dən bildirilib ki, improvizə teatrı Şekspirin əsərlərində əsas mövzuları önə çəkir və yaradıcı mühitdə nümayiş etdirir. Qrup Şekspirin pyeslərindəki monoloqlardan istifadə edəcək.

Qeyd olunan layihə dahi şairdramaturq Uilyam Şekspirin vəfatının 400 illiyi ilə əlaqədar olaraq həyata keçirilən qlobal tədbirlər proqramı -“Shakespeare Lives” (“Şekspir yaşayır”) festivalı çərçivəsində həyata keçirilir.

 

Mədəniyyət.- 2016.- 11 mart.- S.4.