Xalq şairinin yubileyinə həsr olunan şeir müsabiqəsi

 

Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Xalq şairi Süleyman Rüstəmin 110 illik yubileyi münasibətilə “Xoşbəxt nəsillərçin yaxşı ki, varam” adlı şeir müsabiqəsi keçirilib. Tədbirin aparıcısı multimedia mütəxəssisi Leyla Məmmədli şairin həyat və yaradıcılığı haqqında məlumat verib.

Müsabiqədə 1, 5, 12, 18, 38 saylı orta məktəblərdən 15 şagird iştirak edib. 5 saylı məktəbin 7 sinif şagirdi Fidan Axundzadə birinci, 12 saylı məktəbin 7 sinif şagirdi Şamxal Hüseynzadə ikinci, 18 saylı məktəbin 7 sinif şagirdi Ramazan Əsgərxanov üçüncü yerə layiq görülüblər. Fərqlənən iştirakçılara fəxri fərman və hədiyyələr təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 11.