Azərbaycanlı aktyorun Kalmıkiyada konserti

 

Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyası B.Basanqov adına Kalmık Milli Dram Teatrı arasında dörd il öncə imzalanmış yaradıcılıq müqaviləsi uğurla icra olunur. Hazırda hər iki teatrın repertuarında olan “Xortdanın cəhənnəm məktubları” və “Sevən qadın” tamaşaları bu əməkdaşlığın bəhrəsidir.

Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru İlham Əsədov Kalmıkiyanın Elista şəhərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuşVostok - delo tonkoe” adlı konsert proqramı ilə çıxış edib. Kalmıkiya Dövlət Filarmoniyasında baş tutan konsertdə aktyor-müğənni filarmoniyanın direktoru, Kalmıkiyanın Əməkdar incəsənət xadimi Arkadi Mandjiyevlə eyni səhnəni bölüşüb.

Konsertdə Azərbaycan, rus, kalmık və türk dillərində mahnılar ifa edən aktyorumuz A.Mandjiyevlə bir neçə mahnını duet şəklində səsləndirib.

İ.Əsədova Kalmıkiya Respublikasının başçısı İ.Zotovun imzası ilə təşəkkürnamə təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 6.