"Gələcəyin günəşi"

 

Uşaq və gənclərin beynəlxalq yaradıcılıq festivalı

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mərdəkan Mədəniyyət sarayında Azərbaycan və Gürcüstan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədilə "Gələcəyin günəşi" adlı uşaq və gənclərin beynəlxalq yaradıcılıq festivalı keçirilib.

Festivalda Gürcüstanın dövlət musiqi və rəqs ansamblının bədii rəhbəri Zaal Çumburadzenin başçılıq etdiyi Qafqaz İncəsənət və Folklor Assosiasiyasının "Gələcək”, “Eleoni”, “Şən notlar”, “Laqundi”, “Məkan”, “Kvarlei art studia" uşaq rəqs qrupları və Mərdəkan Mədəniyyət sarayının "Azərbaycan qartalları" və "Lalələr" rəqs kollektivləri rəngarəng rəqs nömrələri ilə çıxış ediblər.

Festivalın əsas məqsədi iki ölkənin mədəniyyətlərini bir-birinə nümayiş etmək və rəqs kollektivlərinin dostluq bağlarını daha da möhkəmləndirməkdir.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 5.