İncəsənət Gimnaziyası kamera orkestrinin yubiley konserti

 

Martın 14-də Azərbaycan Milli Konservatoriyasının konsert salonunda İncəsənət Gimnaziyasının kamera orkestrinin 20 illik yubileyinə həsr olunmuş konsert keçirildi.

Əvvəlcə kamera orkestrinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Konsert proqramında Azərbaycan, rus dünya bəstəkarlarının əsərləri səsləndirildi. Konsertin bədii rəhbəri Fəridə Mövsümova, konsertmeysteri Sevinc Cəbrayılzadə idi. Orkestrin çıxışı alqışlarla qarşılandı.

Sonda gimnaziyanın rəhbərliyi tədbir iştirakçılarına təşəkkür etdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 5.