İstedad Mərkəzi”nin növbəti konserti

 

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində istedadlı uşaq və gənclər üçün ictimai əsaslarla "İstedad Mərkəzi" fəaliyyət göstərir. Mərkəzə Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva rəhbərlik edir. Mərkəzin gənc istedadları paytaxtın konsert salonlarında mütəmadi olaraq çıxış edirlər.

Martın 16-da YARAT Müasir İncəsənət Məkanında keçiriləcək növbəti konsert Novruz bayramına həsr olunub. Konsertdə gənc xalq çalğı alətləri ifaçıları və xanəndələr iştirak edəcəklər.

 

Mədəniyyət.- 2016.- 16 mart.- S. 4.