Xalça Muzeyində “Bahar ilmələri”

 

Martın 15-də Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsi tərəfindən “Bahar ilmələri” adlı tədbir keçirilib. Muzeyin direktoru Şirin Məlikova bayram münasibətilə iştirakçıları təbrik edib, Novruzun əsas atributlarından, keçirilən ayin və mərasimlərdən söz açıb. Diqqətə çatdırılıb ki, bu bayram uşaqlar arasında xüsusilə sevinclə qarşılanır. Günəş, buta, səməni, tonqal və bayramın digər atributlarını uşaqlar sevə-sevə ifa edir, əylənirlər. Bunu nəzərə alan uşaq muzeyi şöbəsi milli bayramımız Novruzun gəlişinə xüsusi hazırlaşıb.

Sonra Novruz bayramı münasibətilə hazırlanmış musiqili bədii-əyləncəli proqram təqdim olunub.

 

Mədəniyyət.- 2016 .- 16 mart.- S. 2.