Ordubadinin xatirə muzeyində anım tədbiri

 

Martın 16-da Məmməd Səid Ordubadinin xatirə muzeyində Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoymuş görkəmli ədib və ictimai xadimin anadan olmasının 144-cü ildönümünə həsr edilmiş anım tədbiri və “Məmməd Səid Ordubadi arxivinin izahlı təsviri” kitabının təqdimat mərasimi keçirilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Lalə Abaszadə kitab haqqında qonaqlara qısa məlumat veribqeyd edib ki, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda ədibin qorunub saxlanılan arxiv materiallarının bir hissəsi bu nəşrdə əksini tapıb. O, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən qonaqlardan kitabın müəllifləri - akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova, eləcə də Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova kitab haqqında və Ordubadinin zəngin yaradıcılığı haqqında söhbət açıblar. Tədbirdə iştirak edən Ordubadinin qohumları muzeyin kollektivinə və kitabın müəlliflərinə öz təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2016.- 18 mart.- S. 13.