“Məni axtararsınız şeirlərimdə”

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan İ.Əbilov adına Mədəniyyət mərkəzində Xalq şairi Cabir Novruzun xatirəsinə həsr olunmuş “Məni axtararsınız şeirlərimdə” adlı ədəbi-bədii gecə keçirilib.

Mərkəzin direktoru Aida Muradova şairin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, Cabir Novruzun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir, şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanır.

Əməkdar artistlər Yusif Mustafayev, Süleyman Zeynalov, müğənnilər Mirməmməd Mircavadov, Aslan Hüseynov, filoloq Ayşən Nəcəfli, bəstəkar Gülnarə Abbasquliyeva Cabir Novruz haqqında ürək sözlərini söyləyiblər.

Ə.Ələkbərov adına Xalq teatrının üzvləri Cabir Novruzun şeirlərini ifa ediblər.

Sonda şairin oğlu Müşfiq Cabiroğlu tədbirin təşkilinə görə Mədəniyyət mərkəzinə minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2016.-  18 mart.- S. 13.